Araz Abdullayev çexlərə qarşı oynayacaqmı?

Araz Abdullayev çexlərə qarşı oynayacaqmı?
Yığmamızın üzvü Araz Abdullayev Kiprdən zədəli halda qayıdıb.

Komandamız üçün önəmli olan futbolçunun oynayıb-oynamayacağı maraq doğurur. Araza dünən müayinədən keçməli idi. Onun son durumunu yığmamızın inzibatçısı İslam Abbasovdan öyrəndik.

İslam bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Araz hazırda həkimlərin nəzarətindədi. Müalicə olunur. Zədəsi elə də ciddi deyil. Həkimlər çalışır ki, qısa müddtdə sağalsın. Hələ konkret heç nə bilmək olmur. Sabaha, birisigünə bilinər".

Sport7.az

Xəbər lenti