Araz Abdullayev Samuel Eto'o ilə eyni komandada oynamaqdan imtina etdi

Araz Abdullayev Samuel Eto'o ilə eyni komandada oynamaqdan imtina etdi

'/>
Türkiyə Super Liqasına yeni vəsiqə qazanan "Antalyaspor" heyətini gücləndirməyə davam edir. Sport7.az xəbər verir ki, turizm şəhər təmsilçisi Azərbaycandan da transfer etmək niyyətində olub.

Belə ki, komandanın baş məşqçisi Yusif Şimşək millimizin və "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevi öz sərəncamında görmək istəyib. Ancaq əldə etdiyimiz məlumata görə, Abdullayev bu izdivaca razı olmayıb. Bakılıların kapitanı karyerasına Azərbaycanda davam etdirmək istədiyini bildirib. Bu səbəbdən də Türkiyə təmsilçisi xoşbəxtliyi başqa futbolçuda axtarmağa qərar verib.

Qeyd edək ki, "Antalyaspor" kamerunlu Samuel Eto'onu transfer etməklə diqqətləri öz üzərində cəmləyə bilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR