Araz Abdullayev üçün yeni baş məşqçi

Araz Abdullayev üçün yeni baş məşqçi

Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi Türkiyə klubu "Boluspor"un yeni baş məşqçisi bəlli olub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Komanda Reha Erginerə tapşırılıb. 50 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

O, bu postda oktyabrın 19-da istefaya göndərilən Ahmet Taşyüreki əvəzləyib.

"Boluspor" 6 turdan sonra I Liqada 2 xal toplaya bilib. Hazırda 18-ci pillədə qərarlaşan komanda son oyunda "Balıkesirspor"la qolsuz heç-heçə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR