Araz Abdullayevin sabiq komanda yoldaşı

Araz Abdullayevin sabiq komanda yoldaşı "Panatinaikos"da!

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport7.az xəbər verir ki, bu, qapıçı Nikos Giannakopoulosdu.

22 yaşlı qolkiperlə 2018-ci ilin yanına qədər müqavilə imzalanıb. 2012-ci ildə millimizin üzvü Araz Abdullayevlə birgə "Panionios"da çıxış edən gənc əlcək sahibi "Panatinaikos"a keçidindən danışarkən Afina təmsilçisinə transfer olduğuna görə xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstan gənclər millisinin üzvü "Panatinaikos"a qədər "Ponionios"da çıxış edib. Futbolçu bundan başqa İngiltərənin "Blakburn", İtaliyanın "Udineze" klublarının əvəzedici komandalarında da oynamaq şansı qazanıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR