"Araz" ölkə çempionu oldu

Futzal üzrə Yüksək Liqada 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

Sport7.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan həlledici oyunda "Araz” və "Xəzər Cənub” komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan "Araz” ölkə çempionu olub. Üçüncü yer uğrunda qarşılaşmada isə "Neftçi” İK-nıı 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.

Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva ("Araz”), ən yaxşı oyunçusu Vitali Borisov ("Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli ("Araz”) seçilib. Mövsüm ərzində 85 qol vuran "Xəzər Cənub”un hücumçusu Hadi Rezvan isə ölkə çempionatının bombardiri olub. Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR