"Araz Naxçıvan" Premyer Liqadan çıxarıldı - QƏRAR

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport7.Az xəbər verir ki, iclasda "Araz Naxçıvan”ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub və aşğıdakı qərar qəbul edilib:

"Araz Naxçıvan” klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilsin. Klub oyunların 50%-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil edilsin".


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR