“Araz Naxçıvan“ Premyer Liqadan çıxmayacaq

“Araz Naxçıvan“ Premyer Liqadan çıxmayacaq

"Araz Naxçıvan"ın Premyer Liqadan çıxması barədə xəbər vermişdik.  Muxtar Respublika təmsilçisi çempionatın qalan hissəsində oynamqdan imtina etmişdi. 

Sport7.Az Aut.az saytına istinadən xabar verir ki, artıq bu məsələ həll olunub. Belə ki, "Araz Naxçıvan" Premyer Liqadan çıxmayacaq və çıxışını mövsümün sonunadək davam etdirəcək.

Muxtar Respublika təmsilçisinin qərar dəyişməsinə səbəb isə Rövnəq Abdullayev bu barədə "yuxarılar"a məlumat verib. Bundan sonra isə ölkə rəhbərliyi Vasif Talıbova geri çəkilməyi tapşırıb.

Məlumata görə, artıq "Araz Naxçıvan" rəhbərliyi futbolçularını geri çağırıb. XII turda Naxçıvana yollanacaq "Sumqayıt"a da səfər hazırlıqlarına başlamaq tapşırığı verilib. Gənclik şəhəri təmsilçisi artıq səfər üçün bilet də sifariş edib.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR