Arda Turan Burak Yılmazı razı saldı - ŞOK İDDİA

Arda Turan Burak Yılmazı razı saldı - ŞOK İDDİA
Son günlərdə top-klublarla adı hallanan Burak Yılmaz haqda şok iddia irəli sürülüb.

Sport7.az xəbər verir ki, bu barədə "Akşam" məlumat yayıb. 

Xəbərə görə, "Başakşəhər"də çıxış edən Arda Turan Yılmazı bu kluba keçməkdə razı salıb. 

Həyat yoldaşından ayrıldıqdan sonra qızları ilə daha çox zaman keçirə bilməyən futbolçu üçün bu təklifin əlverişli olduğu iddia edilir. 

Bununla yanaşı "Beşiktaş" azarkeşləri ilə ulduzu barışmayan Burakın gərgin həyatdan uzaq qalması üçün "Başakşəhər"ə keçəcəyi deyilir. 

Yayda klublar arasında bazarlıq olacağı qeyd olunur. 
 
Sport7.az

Xəbər lenti