Arda Turan Fatih Terimin köməkçisi olacaq

Arda Turan Fatih Terimin köməkçisi olacaq

"A Spor" Arda Turanın gələcək karyerası ilə bağlı məlumat yayıb. 
 
Sport7.az xəbər verir ki, portal "Barselona" klubu ilə müqaviləsi başa çatan futbolçunun karyerasını ssabiq komandası "Qalatasaray"da davam etdirəcəyini yazıb.
 
33 yaşlı yarımmüdafiəçi az məbləğ qarşılığında İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu karyerasını başa vurandan sonra baş məşqçi Fatih Terimin köməkçisi olacaq. 

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR