Arda Turan söz atdı - Əlbəyaxa oldular...

Arda Turan söz atdı - Əlbəyaxa oldular...
Türkiyə Superliqasının 29-cu turunda "Qalatasaray" öz meydanında "Başakşəhər"i 2:0 hesabı ilə məğlub edib. 

Sport7.az xəbər verir ki, oyundan sonra dəhlizdə qalmaqal baş verib. 

Qonaqların futbolçusu Arda Turan soyunub-geyinmə otağına gedərkən baş hakim Halil Umut Melerə "Donkun elədiklərini görürsən?" deyə şikayət edib. 

Bunu eşidən "Qalatasaray"ın məşqçisi Hasan Şaş isə hakimə "Niyə bunları danışdırırsan?" deyib. 

Bundan sonra hər iki klubun üzvləri bir-biri ilə əlbayaxa olublar. 

Araya Abdurrahman Albayrakın girməsi ilə tərəflər sakitləşdirilib. 
 
Sport7.az

Xəbər lenti