Arda Turan tanınmış müğənninin burnunu qırıb - QALMAQAL

Arda Turan tanınmış müğənninin burnunu qırıb - QALMAQAL
Arda Turanın adı bu dəfə başqa qalmaqala qarışıb. 

Sport7.az xəbər verir ki, Türkiyə millisinin üzvü tanınmış müğənni Berkay Şahinlə dava edib. 

"Hürriyet"in yaydığı xəbərə görə,  "Başakşehir" futbolçusu gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb. 

Bu hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda Turan isə gecə klubunu tərk etməyib. 

Qeyd edək ki, Arda Turanın 10 matçlıq diskvalifikasiya müddəti başa çatıb. O, ötən mövsüm referiyə qarşı intizamsız hərəkət etdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün 16 oyunluq cəzalanmışdı. Ancaq sonradan onun cəzası 10 matça qədər azaldılıb. 
 
Sport7.az

Xəbər lenti