Arda Turan Türkiyəni faciədən qurtardı

Arda Turan Türkiyəni faciədən qurtardı

Türkiyə millisinin üzvü Səlçuk İnanın İslandiya ilə matçın sonuncu dəqiqəsində qol vurması qardaş ölkə təmsilçisini final mərhələsinə daşıdı. Sport7.az xəbər verir ki, son dəqiqə qolu əsl bayram ab-havası yaratdı.

Belə ki, qoldan sonra millinin üzvləri  meydanın özlərinə aid olan hissəsində bunu bayram etdilər. Belə durumda isə İslandiya yığması oyuna mərkəzdən başlayıb, qol vura bilərdi. Məsələnin ciddiliyindən xəbərdar olan Olcay Şahan komanda yoldaşlarına xəbərdarlıq etsə də, heç kim ona məhəl qoymayıb. Daha sonra isə Arda Turan məsələdən xəbərdar olaraq, meydanın rəqibə aid olan hissəsinə keçərək, hakimin oyunu başlatmasına mane olub.

Beləliklə "Barselona"nın üzvü onlar üçün faciə sayılacaq İslandiyanın cavab qolunun qarşısını alıb.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR