Arda Turandan Ramilə: “Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”

Arda Turandan Ramilə: “Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”
"Barselona”nın Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.
 
Sport7.az xəbər verir ki, o, təbrikinə sosyal şəbəkə üzərindən edib. 

Arda  Ramilin şəklin paylaşaraq  bu şərhi "Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı! Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!" yazıb:

Qeyd edək ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.
 


Sport7.az

Xəbər lenti