Arda ucuzlaşdı – Rekord məbləğ

Arda ucuzlaşdı – Rekord məbləğ

Türkiyəli futbolçu Arda Turan sürətlə ucuzlaşıb.

Sport7.az xəbər verir ki, məşhur "Transfermarkt” saytı Ardanın qiymətini 1,5 milyon avroya qədər aşağı salıb. Bununla da Arda türk futbolçular arasında 46-cı sıraya qədər geriləyib.

Bundan əvvəlki siyahıda Arda 4 milyon avro ilə 16-cı sırada idi.

Hazırda "Başakşəhər”də çıxış edən Turan son zamanlar daha çox qalmaqallarla diqqət mərkəzinə düşür. Məhz bunun sayəsində də futbolçunun qiyməti 33,5 milyon avro aşağı düşüb. Belə ki, bir vaxtlar Ardanın qiyməti 35 milyon avroya qədər yüksəlmişdi.

Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR