Arda yenə “özünü göstərdi” – FOTOLAR

Arda yenə “özünü göstərdi” – FOTOLAR
İdman yazarı Bilal Meşəyə hücum edən və layiqli cəzasını almayan Arda Turan yeni bir qalmaqalla gündəmə gəlib.

Sport7.az xəbər verir ki, dünən keçirilən və 1:1 hesabıyla bitən "Başakşəhər” – "Sivasspor” oyununda yan xətt hakimi Ardanın qəzəbinə tuş gəlib.

Özünə qarşı qayda pozuntusunun olduğu epizodda lasymanın auta işarə etməsi Ardanı özündən çıxarıb. Onun üzərinə hücum edən futbolçu hakimin yaxasından yapışıb, yumruğunu havaya qaldırıb.

Xatırladaq ki, bir vaxtlar İspaniyada da Arda laysmana ayaqqabısını atmışdı.

Ardanın bu davranışını oyunun hakimi Yaşar Kamal Uğurlu birbaşa qırmızı vərəqə ilə qiymətləndirib və Turanı meydandan qovub. Ardanın 10 oyuna qədər cəza alması gözlənilir.
 



 

 

Xəbər lenti