Ardanın forması 465 milyonluq futbolçunun olacaq

Ardanın forması 465 milyonluq futbolçunun olacaq
Arda Turan "Barselona"dan ayrıldıqdan sonra, 7 nömrəli forma yeni sahibinə qovuşa bilər.

Sport7.az xəbər verir ki, "Barsa"nın ulduzları Messi, Koutinyo və Suarez klub rəhbərliyi ilə görüşərək, "Atletiko"da oynayan Antuan Qrizmanın komandaya transfer olunmasını istəyib.

Klub rəhbərliyi bu istəyə görə artıq transfer üçün hərəkətə keçib. Katalonlar Madrid klubuna fransız futbolçu üçün 122 milyon ABŞ dollar ödəməyə hazırdır və Arda Turanın 7 nömrəli forması da ona veriləcək. 

Qeyd edək ki, bu mövsüm "Atletiko"nun heyətində 32 oyuna çıxan Qrizman, 16 qol vurub, 10 dəfə də qol ötürməsi verib.
 
Sport7.az

Xəbər lenti