Argentinada Messiyə hücum etdilər - FOTOLAR

Argentinada Messiyə hücum etdilər - FOTOLAR
DÇ-2018-ə hazırlaşan Argentina yığması ötən gün məşqini tərəfdarlara açıq elan edib.
 
Sport7.az xəbər verir ki, bu dəfə məşqin izləyiciləri uşaqlar olub. Argentina Futbol Federasiyası Buenos-Ayresdə fərqli yaş qruplarından və məktəblərdə təhsil alan şagirdlərlə yanaşı az gəlirli məhlələrdə yaşan uşaqlara da məşqi izləməyə imkan yaradıb. 
 
Təxminən 30 min uşaq "Tanqoçular"ın, "Tomas Adolfo Duko" stadionunda keçdiyi məşqi canlı izləyib. Əlbəttə məşq zamanı bütün gözlər Messinin üzərində idi. Balacalar Messiyə böyük maraq göstərib, onunla şəkil çəkdirmə yarışına girib. 
 
Məşqdən sonra mətbuata müsahibə verən Messi, "Argentina ilə yaşadığım çempionluğu, "Barselona"da yaşayacağı çempionluğa dəyişərəm. Ölkəmlə çempionluq qazanmaq bənzərsiz bir şey olar. DÇ-ni biz qazanacağıq demirəm, çünki gerçək bu deyil. Amma komandamıza inamım tamdı. Argentina ilə fərqli çempionatlarda 3 dəfə finala çıxdıq və qazana bilmədiyimiz üçün tənqid olnduq. Rusiyada da, 2014-də olduğu kimi yenə əlimizdən gələni edəcəyik" sözlərini söyləyib.
 

  
Sport7.az

Xəbər lenti