Argentinalı müdafiəçi

Argentinalı müdafiəçi "Valensiya"dan getdi

Argentinalı müdafiəçi Eyzekel Qaray "Valensiya"nın düşərgəsini tərk edib.

Sport7.az xəbər verir ki, 33 yaşlı futbolçunun klubla müqavilə müdəti bitib və yenilənməyib.
 
Bir müddət əvvəl futbolçu ilə klubun müqavilə məsələlərində razılığa gələ bilməməsi açıqlanmışdı. Belə ki, "yarasalar"ın rəhbərliyi Qaraya 2,7 milyon avro maaş və yeni müqavilə təklif etsələr də futbolçu bununla razılaşmamışdı. Daha sonra oyunçu klubdan hər hansı təklif almadığını bildirmişdi.

Garay 2016-cı ilin yayında "Zenit" dən 20 milyon avro qarşılığında "Valensiya"ya transfer edilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR