Arif Əsədov: "İndi Premyer Liqada işləmək daha asandı"

Arif Əsədov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Arif Əsədov "Zirə"də baş verənlərlə bağlı fikirlərini bildirib.

Arif bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Ayxan Abbasov demişdi ki, "heç yerə getməyəcəm". Bunu dünən saytların birində oxumuşdum. "Zirə"nin ilk oyununa baxmışdım. çatışmazlıqlar haqda nə deyə bilərəm ki? Məşqçi istefa verib, yəqin özü səbəblərini açıqlayar. Bilirsiz, məşqçi elədi ki, onun işi nəticədən asılıdı. Nə qədər yaxşı oynasan da, nəticə olmayanda istər rəhbərlik, istər azarkeşlər tərəfindən təzyiqlər başlayır. Hər şey pozulur. Yəqin görünür, son vaxtlar "Zirə"nin nəticələri rəhbərliyi, elə məşqçinin özünü də qane etməyib. Bu normaldı, məşqçi istefa verib gedə bilər. Amma səbəblərini demək mümkün deyil. 
Əlbəttə, 3 tur məşqçinin istefa verməsi üçün az müddətdi. İlk dəfə deyil ki, belə hadisələr görürük. Çempionatın gedişində məşqçinin dəyişdirilməsi yaxşı hal deyil. Hər zaman ona vaxt vermək lazımdı. Ayxan artıq 2-3 ildi "Zirə"də işləyir. Öz qurduğu komandadı. Yəqin ki, bu nəticələri özünə sığışdırmayıb, yaxud hansısa səbəblər var, bunu tam təfərrüatı ilə deyə bilmərəm".

Maraqldı, Arif bəyə təklif olunsa gedib çalışarmı və komandanı böhrandan çıxara bilərmi?: "Bu suala cavab verməyim düzgün deyil. Ancaq bizim işimiz məşqçilik etməkdi. Tək "Zirə"ni demirəm, ümumiyyətlə hansısa təklif olanda dəyərləndiririk. Fikirlərimizi bildiririk. Ancaq təklif olmadığı halda nəsə danışmağım düzgün deyil".

Əsədov Premyer Liqada komanda çalışdırmaqdan ötrü darıxdığını da bildirdi: "Əlbəttə, darıxmışam (gülür). Vaxtilə Premyer Liqada çalışmışam, oranın tələblərini, şərtlərini bilirəm. Ələxsus 5 il əvvəlki vaxtla müqayisədə indi Premyer Liqada işləmək daha asandı. Məsələn, 2011/12-ci illərdə "altılıq" sistemi idi. Komandaların gücləri çox, Avropaya vəsiqə qazanmaq daha çətin idi. İndi çempionatın səviyyəsinə baxırsan, debütantla liderin arasında ciddi fərq yoxdu. Hansısa komanda ilə rahat şəkildə Avropaya getmək olar. Burda komandaların azlığı da rol oynayır. həm də indi böyük fərq yoxdu, kimin anutsayder, yaxud çempion olacağını deyə bilmərsiz. Hamısının şansı var".

Sport7.az

Xəbər lenti