Arif Əsədov:

Arif Əsədov: "Klublara ayrıseçkilik edildiyini düşünmürəm"

Yığmanın baş məşqçisi Nikola Yurçeviçin açıqladığı heyət birmənalı qarşılanmadı. 

Xüsusən də "Qəbələ"dən heç bir futbolçunun dəvət almaması, "Sumqayıt"ın milliləşdirilmiş üzvlərinin heyətə soxuşdurulması, hətta uzun müddətdi yığmaya çağrıəlmayan Eddi İsrafilovun heyətə daxil edilməsi, komandanın "1 nömrə"si kimi gördüyümüz Kamran Ağayevə şans verilməməsi bir çox müzakirələrə, AFFA-nın klublar arasında ayrıseçkilik etməsi ilə bağlı fikirlərin yaranmasına səbəb olub. Bu üzdən Yurçeviçin köməkçisi kimi yığmada çalışan Arif Əsədovdan fikir öyrəndik.

Arif bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Burda klublara ayrıseçkilik edildiyini düşünmürəm. Sadəcə olaraq baş məşqçi baxdığı mövqelərə və izlədiyi oyunçulara uyğun seçim edib. İstədiyi mövqelərə, hazırda formada olan futbolçuları dəvət edib. Klubları ayırmırıq. Sadəcə, xoşuna gələn futbolçları heyətə çağırıb".

Maraqlıdı Arif bəy "Qəbələ"dən hansısa futbolçunu namizəd kimi göstərmişdi?: "Əlbəttə, yığmaya namizədlər arasında "Qəbələ"dən də futbolçular var idi. Oyuna baxıb öz fikrimizi bildirirdik. Məsələn, bu gün "Qəbələ"də yığmaya namizədlər sırasında Bəhlul Mustafayev, Cavid Hüseynov, Ürfan Abbasov və bir sıra futbolçular var. Amma bu gün lazım bildiyi oyunçuları heyətə dəvət etməsi, o demək deyil ki, digərlərinin yolları bağlanıb. Gələn təlim-məşq toplanışında onlara da şans verilər. Ümumilikdə 40-a yaxın namizəd vardı. Baş məşqçi də onların arasından seçim edib".

Əsədov hazırlıqlarla bağlı bunları söylədi: "Birisigündən etibarən komanda təlim-məşq toplanışlarına başlayacaq. Çox qısa zamandı. Bu  3 gündə hansısa fövqəladə dəyişikliklərin ediləcəyi real görünmür. Həm hazırkı futbolçuların durumuna görə, həm də Xorvatiya yığmasınbın oyunu nəzərə alınaraq heyət qurulacaq. Biz Braziliya yığması deyilik ki, 100-dən çox  futbolçumuz olsun, məşqçinin fəlsəfəsinə uyğyn komanda qurulsun. Bu gün Azərbaycanda bəlli futbolçu sayı var, onların durumuna görə, o cümlədən Xoravtiyanın zəif və ya güclü cəhətlərin nəzərə alıb taktika qurulacaq. Əsas odu ki, rəqibdən çəkinməyək və sona qədər mübarizə aparaq. Oyun üslubu ilə bağlı daha ətraflı baş məşqçi açıqlaya bilər. Təlim-məşq toplanışında futbolçularla fərdi söhbətlər, ümumi tanışlıq olacaq. Baş məşqçi futbolçuların xarakterini öyrənməlidi, xaricdən gələnləri daha yaxşı tanımalıdı. Ola bilər ki, onlar kənarda oynadıqları üçün, üstünlük verilib. Çünki onlarla daim ünsiyyətdə olmaq mümkün deyil. Bakıda, daha yaxında olanlarla ünsiyyət asandı. Gələn təlim-məşq toplanışı iyunda keçiriləcək. Bütün bunlar nəzərə alınıb və ümumi fikrə gəlinib".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR