Arif Əsədov: "Qarabağ"ın özəl üslubları var"

Arif Əsədov: 
Azərbaycan Premyer Liqasının XXIII tur çərçivəsində "Qarabağ" "Neftçi"nin qonağı olub və 1:0 hesablı qələbəyə sevinib.

Sport7.az Qurban Qurbanovun və Arif Əsədov matç haqqında səsləndirdiyi fikirləri təqdim edir.

Qurban Qurbanov ("Qarabağ”ın baş məşqçisi): "Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı oynamaq, bu arenada oynamaq çox xoşdur. Əsl futbol abu-havası gördük.  Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm".

Arif Əsədov ("Neftçi”nin baş məşqçisi): "Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf,son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik". 

Sport7.az

Xəbər lenti