Arnautoviçə yeni il zarafatı - FOTOLAR

Arnautoviçə yeni il zarafatı - FOTOLAR
Premyer Liqa təmsilçilərindən "Vest Hem"də forma geyən Marko Arnautoviçə komanda yoldaşı Mixail Antonio kiçik sürpriz edib.  
 
Sport7.az xəbər verir ki, məşqdən çıxandan sonra 150 min funt-sterlinq qiyməti olan "Mersedes AMG GT" avtomobilinin yanına gedən Arnautoviç şoka düşüb. Təcrübəli futbolçunun son model avtomobilinin üstü başdan-ayağa bəzəkli kaızlarla örtülmüşdü. 
 
Onu arxadan izləyib, cib telefonu ilə videosunu çəkən Antonio isə "Yeni ilin mübarək Marko" deyərək, futbolçuya yeni il zarafatı edib.
 

 

Sport7.az

Xəbər lenti