Arşavin boşandı - Xəyanətə görə

Arşavin boşandı - Xəyanətə görə
Rusiyalı futbolçu Andrey Arşavin boşanıb.
 
Sport7.az xəbər verir ki, bu barədə məlumatı onun xanımı olmuş Alisa Kazmina verib. 

O, ayrılıq səbəbinin xəyanət olduğunu açıqlayıb: "Xəyanəti bağışlaya bilməzdim. Daha onunla birlikdə yaşamaq istəmirəm. Hamı mənə yazırdı ki, o, məni tərk edəcək, ancaq mən onu tərk etdim. Üç uşaqla tərk etmək hər kəsə qəribə gəlir, ancaq mənim bir tanışım bu yaxınlarda 4 uşaqla yenidən ərə getdi”.
 
Qeyd edək ki, 2012-ci ildən birlikdə olan cütlük 2016-cı ildə rəsmi nikah bağlayıblar.
 
Sport7.az

Xəbər lenti