Arşavindən şok açıqlama: Kimsə Semaka “torba tikir”

Arşavindən şok açıqlama: Kimsə Semaka “torba tikir”

Sankt-Peterburq təmsilçisi "Zenit”in işləri qaydasında getmir.

Sport7.az xəbər verir ki, Rusiya çempionu "Rubin”ə məğlubiyyətdən sonra 3-cü pilləyə qədər geriləyib. Bu isə komandanın Çempionlar Liqasından kənarda qalması deməkdi.

Moskva təmsilçiləri "Spartak” və ÇSKA "Zenit”i qabaqlayır. "Lokomotiv” isə arxadan "isti nəfəsini” hiss etdirir.

Bundan başqa "Zenit” Çempionlar Liqasında "Brügge”yə də uduzub və qrupdakı vəziyyətini indidən xeyli pisləşdirib.

Rusiya mətbuatı klub rəhbərliyinin "Tottenhem”in sabiq çalışdırıcısı Maurisio Poçettino ilə danışıqlar apardığını yazır. Tanınmış mütəxəssis tezliklə "Zenit”in baş məşqçisi vəzifəsinə gətirilə bilər.

Ötənlərin sabiq futbolçusu Andrey Arşavin isə maraqlı iddia ilə çıxış edib: "Kimsə Sergey Boqdanoviçin ayağının altını qazır. Onun kim olduğunu deyə bilmərəm. "Brügge”yə yenilgidən sonra Çempionlar Liqasında işlər xeyli pisləşdi. Klub rəhbərliyi isə keçən ilki uğursuzluqlardan sonra avrokuboklarda daha irəli getməyi arzulayırdı. "Rubin”ə məğlubiyyət də şaiyələr üçün əsasdı”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR