Arsen Venger İspaniya nəhənginin təklifini rədd etdi

Arsen Venger İspaniya nəhənginin təklifini rədd etdi

"Barselona" Premyer Liqa nəhənglərindən olan "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib. 

Sport7.az xəbər verir ki, bu haqda ispaniya mətbuatı yazıb. Ancaq 71 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin təklifini rədd edib. 

Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"dan 2017/2018 mövsümünün sonunda ayrılıb. "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Daha əvvəl klubun sabiq futbolçusu Qətərdə "Əl Sədd"i çalışdıran Xavinin baş məşqçi təyin olunacağı iddia edilib. Lakin ispaniyalı veteran klubu ilə müqavilə müddətini yeniləyib. 

"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR