Arsen Venger transferi açıqladı

Arsen Venger transferi açıqladı
İngiltərə Liqa Kubokunda "Çelsi" ilə 0:0 bitən matçdan sonra "Arsenal"ın baş məşqçisi Arsen Venger Françis Koquelin "Valensiya"ya transfer olduğunu açıqlayıb. 
 
Sport7.az xəbər verir ki, 2008-ci ildə "Arsenal"da peşəkarlığa addım atan və bu komanda ilə 16 matça çıxan fransız futbolçu bu mövsüm 6-sı ehtiyatdan olmaqla, 7 oyuna çıxıb. Baş məşqçi yetərli şans tapa bilməyən futbolçuya başqa klubla müqavilə imzalamaq şansı yaratdıqlarını bildirdi. 
 
Venger Arsenal"da 26 oyuna 3 qol vuran futbolçunun transferi ilə bağlı detalları açıqlamasa da, ingilis mətbuatı bunun 12 milyon avroya başa gəldiyini yazır.
 
Sport7.az

Xəbər lenti