Arsen Venger

Arsen Venger "Real"ın təklifini rədd edib: "Daha yaxşı maddi imkanlara və şəraitə sahib ola bilərdim..."

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger əvvəllər "Real"dan təklif aldığını və rədd cavabı verdiyini açıqlayıb:

"Karyeramın ilk illərindən etibarən müəyyən qaydalarım olub və öz xoşladığım formada komandanı çalışdırmağıma icazə verəcək klubda çalışmaq istəmişəm. "Arsenal" mənə bu imkanı yaratmışdı.

Hər şey istədiyin kimidisə, dəyişikliyə nə ehtiyac var? "Real"ın təklifini qəbul etsəm, daha yaxşı maddi imkanlara və şəraitə sahib ola bilərdim, amma digər tərəfdən, klub üzərində təsir gücüm olmayacaqdı. Ona görə də "Arsenal"la olan sevgi hekayəmizin bitməsinə razı olmadım".

Qeyd edək ki, fransız mütəxəssis 1996-2018-ci illər aralığında "topçular"ı çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR