"Arsenal" 9 oyundu qələbə üzünə həsrətdi

"Arsenal" Premyer Liqanın 15-ci turunda "Brayton"a 1:2 hesabı ilə uduzub.

"Arsenal" bütün turnirlər daxil olmaqla son 9 matçında qələbə üzünə həsrətdi. Bu, London klubunun son 42 il ərzində ən bərbad seriyasıdı. Sonuncu dəfə "topçular" 1977-ci ildə ardıcıl 10 görüşdə qələbə qazana bilməmişdi. Baş məşqçi Fredrik Yunqberq həmin il dünyaya gəlib.

İsveçli mütəxəssis "Arsenal"ı iki matçda meydana çıxarıb. Bu oyunlarda 1 bərabərlik və 1 məğlubiyyət qeydə alınıb.

Aktivində 19 xalı olan "Arsenal" hazırda Premyer Liqada 10-cu sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR