"Arsenal" bu futbolçunu almaq istəyir

"Arsenal”ın bu yay transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub.

Sport7.az xəbər verir ki, londonlular Macarıstan millisinin üzvü Dominik Şoboşlaini heyətində qatmaqda maraqlıdır. Premyer Liqa təmsilçisi hazırda "Zalsburq”da çıxış edən müdafiəçinin transferi ilə arxa xətti gücləndirməyi planlaşdırır. İndiki komandası futbolçu üçün 27 milyon funt sterlinq istəyir.

Dominik Fransa PSJ-si və bir neçə İtaliya klubunun da maraq dairəsindədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR