"Arsenal" camiəsi Arsen Vengerlə belə vidalaşdı - FOTOLAR, VİDEO

"Arsenal"ın "Börnli"ni 5:0 hesabı ilə yendiyi matçdan sonra uzun müddətdi "Venger out" (Venger, çıx get) deyən azarkeşlər bu dəfə duyğusal anlar yaşayıb.

Sport7.az xəbər verir ki, oyunun sonunda tərəfdarlar mütəxəssisən xatirə ala bilmək üçün yarışdı. Onlardan isə yalnız biri şanslı idi. Bir azarkeşin istəyini yerinə yetirən Venger qalstukunu çıxarıb imzalayaraq ona verdi. hansı ki, həmin azyaşlı tərəfdar oyun boyu ondan qalstuk tələbi yazılan pankartla diqqəti cəlb etmişdi. Qalstuku əlinə alan balacanın sevincini ifadə etmək üçün söz yox idi. 

Bundan başqa "Arsenal" tərəfdarları üzərlərində "Merci Arsene" (Təşəkkürlər Arsen) yazılan köynəklərlə tribunalarda yerlərini almışdı. 

1996-cı ildə "Arsenal"ın başına keçən Venger komandasını rəhbərliyi altında sonuncu dəfə "Emirates" stadionunda oyuna çıxardı. 

Fransız məşqçi mövsümün sonunda 22 ildi başında olduğu "Arsenal"dan ayrılacağını söyləmişdi. 

London təmsilçisi ilə 3 dəfə Premyer Liqa çempionu olan Venger, İngiltərə Federasiya Kubokunu 7 dəfə başı üzərinə qaldırıb. 
 



















 


Xəbər lenti