"Arsenal" hücumçusunu itirdi

"Arsenal" ciddi itki ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, "Topçular"ın hücumçusu Aleksandr Lakazette zədə üzündən meydanlardan ən azı 1 ay uzaq qalacaq. Klubun rəsmi saytından verilən açıqlamada tibbi müayinədən keçirilən futbolçunun sol dizindən əməliyyat olunduğu bildirilib. 
 
Xəbərdə əməliyyatın uğurlu keçdiyi və sağalma prosesinin 4-6 həftə davam edəcəyi yazılıb. Mövsümün əvvəlində "Lion"dan 53 milyon avroya transfer edilən 26 yaşlı futbolçu cari mövsüm 26 oyunda 9 qola imza atıb.

Xəbər lenti