"Arsenal" "Kristiano Ronaldo"nu transfer etmək istəyir

"Arsenal" "yeni Kristiano Ronaldo" adlandırılan qanad oyunçusu Joelson Fernandesin transferi üçün "Sportinq"ə rəsmi təklif göndərib.

Sport7.az xəbər verir ki, bu haqda "A Bola" nəşri yazıb. "Topçular" 17 yaşlı futbolçunun transferi üçün onun portuqaliyalı agenti ilə danışıqlara başlayıb.
 
Ancaq Portuqaliya klubu futbolçunu satmaq niyyətində deyil. Rəhbərlik onu 75 milyon avro təzminatla yeni müqavilə imzalamağa inandırmağa çalışır. Bu baş tutsa "Arsenal" Fernandesin transferini həyata keçirə bilməyəcək. Bu üzdən İngiltərə klubunun rəhbərliyi onun agenti ilə daha sıx əməkdaşlıq etməyə çalışır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR