"Arsenal" mənim evimdi, heç yerə getməyəcəm" - Mesut Özil

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil "The Athletic"ə müsahibəsində komandadakı gələcəyi barədə danışıb:

"Heç yerə getməyəcəm. 2021-ci ilə kimi klubla müqaviləm var və bu müddətin sonuna kimi burada qalacam.

Yeni saziş imzalamamışdan əvvəl düşünmək üçün kifayət qədər vaxtım oldu. Bu, mənim karyeram üçün ən vacib qərarlardan biri idi. "Arsenal"da 1-2 il qalmaq yox, illərimi kluba həsr etmək istəyirdim. Sonradan rəhbərliyin də mənimlə eyni fikirdə olduğunu öyrəndim. Hamımızın həyatında çətin anlar olur. Amma onlar qaçmağımız üçün səbəb deyil. Azından 2021-ci ilə kimi buradayam.

"Arsenal"a keçdiyim ərəfədə klubda vəziyyət ağır idi. Amma həmişə inanırdım ki, birlikdə çətinliklərindən öhdəsindən gələ bilərik. Son günlər də müəyyən problemlər olur, bir çox şey dəyişib... Bununla belə, mən "Arsenal"da oynadığım üçün qürur duyuram. Burada olmaqdan xoşbəxtəm. Küçədə azarkeşlərlə qarşılaşanda həmişə deyirəm: "Arsenal" mənim evimdi, heç yerə getməyəcəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR