"Arsenal" rəhbərliyi Unay Emeriyə dəstəyini nümayiş etdirdi

"Arsenal"da idman direktoru Raul Sanlyei və icraçı direktoru Vinay Venkateşamın rəhbərliyi altında iclas keçirilib.

"Sky Sports"un məlumatına görə, toplantıda rəhbərliyin əsas üzvləri baş məşqçi Unay Emerini dəstəklədiklərini bildiriblər.

Sanlyei və Venkateşamın iclasdakı çıxışından hazırlanmış yazılı mətni təqdim edirik:

"Hamı kimi, biz də nəticələrdən və oynanılan futboldan narazıyıq. İstədiyimiz və gözlədiyimiz səviyyədən uzağıq. Azarkeşlərin, Unayın, oyunçuların və bütün heyətin məyusluğunu biz də bölüşürük.

Cari mövsümlə bağlı tapşırıqların yerinə yetirilməsi üçün mümkün olan hər şeyi inkişaf etdirməliyik. Qəti şəkildə Unay Emerinin bu mənada ən uyğun namizəd olduğuna inanırıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR