"Arsenal" yeni hücumçusunu Belçikada tapıb

Bu mövsüm Premyer Liqada uğurlu çıxış edən "Arsenal" qıs fasiləsi dönəmindəki ilk transfer hədəflərini müəyyənləşdirir.
 
Sport7.az xəbər verir ki, baş məşqçi Unay Emeri Aubameyanq və Lakazettedən ibarət hücum xəttinə dəstək verəcək bir hücumçu arayışındadı. Emeri bu baxımdan hazırda "Brügge"də forma geyən braziliyalı hücumçu Uesley Moraesi London klubuna transfer etmək istəyir. 
 
"Topçular" bu futbolçuya görə 15 milyon funt-sterlinq ödəmək niyyətinədi.
 
Sport7.az

Xəbər lenti