"Arsenal"ın futbolçusu hesabını bağlamaq istəyir - tənqidlər üzündən

"Arsenal"ın gənc futbolçusu Hektor Bellerin geyim tərzinə görə edilən tənqidlər üzündən sosial şəbəkələrdəki hesablarını bağlamaq istədiyini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, "The Times"ə müsahibə verən ispan futbolçu ona qarşı edilən hərəkətlərin və tənqidlərin çərçivəni aşdığını bildirərək bu sözləri söyləyib: "Bəzi tərfdarların mənə qarşı hərəkəti çox aqressivdi. Hərəkətlərin əksəriyyəti internet üzərindən edilir. Bəzən stadionda da bağıranlar var. Geyim tərzim və uzun saçlarım onları narahat edir. Tərəfdarların, futbolçuların necə geyinməsi və danışması ilə bağlı sabit fikirləri var. Bu artıq dözülməz həddədi. ilyarım öncə hesabımı onların üzündən bağlamışdım. İndi bir qədər alışmışam, amma təzyiqlər çoxdu".
 
 

Sport7.az

Xəbər lenti