"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal"ın zədəli müdafiəçisi Rob Holdinqin vəziyyəti müəyyənləşib. 
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Tibbi müəyinədən keçən futbolçunun sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib. 22 yaşlı futbolçu 6-9 ay müddətinə oynaya bilməyəcəyi diaqnozu qoyub. 

Qeyd edək ki, Holdinq İngiltərə Premyer Liqasının 15-ci turunda "Mançester Yunayted"lə qarşılaşmanın ilk hissəsində zədələnmişdi.
 
Sport7.az

Xəbər lenti