"Arsenal"ın futbolçusuna ŞOK zədə - VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın ingilis rəqibi "Arsenal"ın futbolçusu Denni Uelbek ağır zədə alıb.

Sport7.az xəbər verir ki, 27 yaşlı forvard qrup mərhələsinin 4-cü turunda Londonda baş tutan "Sportinq"lə matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz şəkildə düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb. 

Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.

Sport7.az

Xəbər lenti