"Arsenal"ın hədəfindəki braziliyalı qapıçı

"Arsenal” "Barselona”nın 31 yaşlı braziliyalı qapıçısı Neto ilə maraqlanır.

Sport7.az xəbər verir ki, bu barədə "Sky Sports” məlumat yayıb. Mənbənin məlumatına görə, "topçular”ın baş məşqçisi Mikel Arteta hələ ötən yay Netonun "Arsenal"a keçidini rəhbərlikdən tələb etmişdi. Hazırkı məqamda London klubu braziliyalı qapıçını icarəyə götürməkdə maraqlıdır. "Barselona” isə Netonu 21 milyon avroya satmaq istəyir.

Qapıçı bu mövsüm bütün turnirlər daxil olmaqla "Barselona”nın heyətində 9 oyun keçirib və qapısında 7 qol görüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR