Arteta Özildən danışdı: “Vicdanım rahatdı”

Arteta Özildən danışdı: “Vicdanım rahatdı”

"Arsenal”ın baş məşqçisi Mikel Arteta Məsut Özilin adının iştirak ərizəsinə daxıl edilməməsindən danışıb.

Sport7.az xəbər verir ki, çalışdırıcı vicdanının rahat olduğunu deyib.

Sitat: "Hamı öz hisslərini ifadə etməkdə azaddı. Mən də öz adımdan danışıram. Bu barədə Məsutla da söhbətim olub. Onun gözlərinin içində dik baxa bilirəm. Vicdanım rahatdı.

Özilin özünü göstərmək üçün fürsəti oldu. Mənə də bu qərar xoş deyil, amma mən indiki heyətdən üç nəfəri kənarda saxlamağa məcbur idim”.

Xatırladaq ki, Məsut Özül sonuncu dəfə martın 7-də "Arsenal”da rəsmi oyuna çıxıb. Onun adı əvvəlcə Avorpa Liqasının, daha sonra da Premyer Liqanın iştirak ərizəsindən çıxarılıb. Həftədə 350 min sterlinq maaş alan 32 yaşlı Özil "Arsenal”ın ən yüksəködənişli futbolçusudur. Bu mövsüm müqaviləsi bitəcək Məsut "Arsenal”da 254 oyunda 44 qol vurub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR