Arvadı Şumaxeri döydü və... - FOTOLAR

Arvadı Şumaxeri döydü və... - FOTOLAR



Məşhur "Formula 1" pilotu Ralf Şumaxer boşanma ərəfəsində olduğu arvadı Kora Şumaxerdən polisə şikayət edib.

Sport7.Az-ın alman mediasına istinadla verdiyi xəbərə görə, işin maraqlı tərəfi ondan ibarətdir ki, Şumaxer arvadı tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.

"Bild am Sonntag" qəzetinin yazdığına görə, 13 yaşlı uşaqları olan cütlük qaldıqları villada dalaşıblar və səs-küyə polis gəlib çıxıb. Hər iki tərəf polisə ifadəsində qarşı tərəfi ona fiziki xəsarət yetirməkdə ittiham edib. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR