Aryen Robben yığma karyerasını bitirdi

Aryen Robben yığma karyerasını bitirdi
Hollandiya yığmasının ulduz futbolçusu Aryen Robben yığma karyerasını bitirdiyini açıqlayıb.

Sport7.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin seçmə mərhələsi çərçivəsində İsveçə 2:0 qalib gəldikləri oyundan sonra futbolçu yığmadan getdiyini bildirib. 

2003-cü ildə Portuqaliya yığması ilə yoldaşlıq görüşündə ilk dəfə əsas millinin heyətində meydana çıxan Robben 3 dəfə DÇ-nin, eyni sayda da AÇ-nin final mərhələsində oynayıb. 

Almaniya Bundesliqasında "Bavariya"nın formasını geyən 33 yaşlı ulduz yığmada meydana çıxdığı 97 oyunda 37 qola imza atıb.

İsvem yığmasına vurduğu 2 qolla karyeasını sonlandıran Robben, açıqlamasında "Uzun müddətdi bitirməyi düşünürdüm. 33 yaşım var və Avropanın böyük komandasında oynayıram. Bütün fikirlərimi məhz oynadığım komandaya yönləndirəcəm. Bayrağı başqasına təhvil verməyin tam zamanıdı" sözlərini işlədib.

Sport7.az

Xəbər lenti