"Arza"ın baş məşqçisi: "30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım"

Çempionlar Liqasının əsas mərhələsindəki son matçda ukrayna klubu "Xerson"a məğlub olan "Araz"ın baş məşqçisi Joze Alesio oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, braziliyalı mütəxəssis bunları söyləyib: "Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR