Aslan Şahgəldiyev: "Medalları heç vaxt çempionluq rəsmiləşən kimi verməmişik"

Aslan Şahgəldiyev:
Topaz Premyer Liqsında 2017/18 mövsümünün sona çatmasına az bir müddət alıb. 

Düzdü çempionun adına hələ aydınlıq gəlməsə də buna ən böyük namizəd heç şübhəsiz "Qarabağ"dı. "Qəbələ" ilə arasında 12 xal fərqi olan ağdamlılar bu üstünlüyü cəmi 2 tur da qoruyub saxlayacaqları təqdirdə növbəti çempionluğu rəsmiləşdirəcəklər.  Son turda da "Qarabağ" ən yaxın rəqibinin qonağı olacaq.

Bəs "Qarabağ" çempionluğu rəsmiləşdirəcəyi təqdirdə PFL medalları necə təqdim etməyi düşünür? Qəbələdə, yoxsa komandanın sonuncu ev oyununda?

Hər halda suallara qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən cavab aldıq. Aslan bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Medalları heç vaxt çempionluq rəsmiləşən kimi verməmişik. Bu məsələyə dünən də baxıb müzakirə etdik. Bilirik, "Qarabağ" son turda "Qəbələ" ilə səfərdə oynayacaq. Ondan əvvəlki turda da "Keşlə" ilə yenə səfərdə qarşılaşacaq. Yəni, son iki turda "Qarabağ" səfərdə olacaq. Tam səmimi deyim ki, bununla bağlı konkret qərar verməmişik. Çempionatın yekunlaşmasına yaxın bir şey fikirləşəcəyik. İndi qərarımızı açıqlaya bilmirik. Hansı oyunda verəcəyimizi dəqiqləşdirməmişik.

Detalların hamısını müzakirə edirik. Təbii ki, hər şeyi biz də başa düşürük. Sadəcə, bu gün üçün konkret qərar yoxdu".

Sport7.az

Xəbər lenti