“Astana” dağılır – SOS

“Astana” dağılır – SOS

Qazaxıstan çempionu "Astana” çətin duruma düşüb.

Sport7.az xəbər verir ki, klub prezidenti Sayan Hamitcanovun postundan getməsindən sonra "Astana”da qeyri-müəyyənlik yaranıb.

Son beş ilin Qazaxıstan çempionu yanvarın 7-də təlim-məşq toplanışına başlamalı olsa da, bu tarix azı bir həftəliyə geri çəkilib. Almeyda da daxil olmaqla yüksəködənişli futbolçuların "Astana”dan göndərilməsi isə xeyli real görünür. Çünki sponsorlar avrokuboklarda yüksək hədəflərə çata bilməyən "Astana”nın büdcəsini azaltmaqda qərarlıdılar.

Rəhbərliyin Roman Qriqorçuku geri çağırması da məşqçilər korpusunda və futbolçuların arasında əlavə gərginliyə səbəb olub. Onlar erməni çalışdırıcı Roman Babayanın öz işinin öhdəsindən gəldiyini deyərək, ukraynalının qayıdışının Babayana qarşı haqsızlıq olduğunu iddia edirlər.

Yeni transferlər barədə heç bir müzakirələr aparılmasa da, artıq "gəmi”ni tərk edən var. Təcrübəli qolkiper Aleksandr Mokin "Astana”dan ayrılıb.

Xatırladaq ki, "Qarabağ”ın sabiq futbolçuları Riçard Almeyda ilə Pedro Enirikenin də "Astana”dan ayrılması gündəmdədi. "Milliləşdirilmiş” braziliyalının yenidən "Qarabağ”a dönəcəyi gözlənilir.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR