“Ağsu”nun İcraçı Direktoru “püskürdü”: “Heç olmasa soruşsunlar ki, “pulu niyə “yemisən”?”

“Ağsu”nun İcraçı Direktoru “püskürdü”: “Heç olmasa soruşsunlar ki, “pulu niyə “yemisən”?”

Bir neçə gün öncə "Ağsu” ilə bağlı xoşagəlməz xəbərlər yayılmışdı.

 

Daha doğrusu klubun ləğv olunması, rəhbərlikdə təmsil olunan insanların pul mənimsəməsi deyilirdi. Açığı bu inandırıcı olmasa da, Azərbaycanda nəinki futbolda, başqa sahələrdə də belə hallara çox rast gəlindiyindən məsələ ilə maraqlanmağı qərara aldıq. Orda adıçəkilənərdən biri də klubun İcraçı Direktoru Rəşad Kərimov idi. Bu üzdən məsələyə aydınlıq gətirmək üçün elə Rəşad bəylə danışmağı lazım bildik.

 

İcraçı Direktor Sport7.az-a açıqlamasında bunları söylədi:

 

"Səbəbsiz yerə, tutalım, məhlədə iki arvad danışır ki, kluba nəsə oldu. Dərhal götürüb qəzetə və ya sayta yazırlar. Nə olar, mənbəyin öyrənin, klubla əlaqə saxlayın. Bunun üçün nömrələrimiz də var. Baxın tək-tük hallarda ola bilər ki, işim çıxar, ya yatdığıma görə telefonu götürməyim. Mənim hər hansı pis işim yoxdu ki? Nə vaxt zəng vururlar canla-başla danışıram. Yəqin, daha yaşı olar ki, nəyisə eşidəndə maraqlanıb sonra yazasız.

 

Srağagünə qədər klubumuzu "dağıtdılar”, "sökdülər”. Yazdılar ki, guya sponsor əl çəkib, "daha bir bölgə komandası ləğv olundu” və sair. Kimdən eşitdin axı bunu? Etibarlı mənbə? Ən etibarlı mənbələrdən biri mənəm. Zəng vur soruş ki, belə bir şey varmı? Nə vaxt zəng vursalar, lazım olan məlumatı veririk. Bunu hamıya deyirəm. Qaçmırıq, çəkinmirik. Oğurluğumuz, pisliyimiz yoxdu. Biz də idman üçün nəsə etmək istəyirik.

 

Yaxşı tutalım yazmısız "dağılır”. Bir dəfə də yazın ki, "getdim "Ağsu”ya, maraqlandım, şərait yaradıblar, filan iş görüblər”. Nə olar, bir dəfə də bunu yaz də. Həqiqəti desinlər də. Heç olmasa soruşsunlar ki, "ay Rəşad pulu niyə "yemisən”? Mən də cavab verim. Söz verirəm ki, nə var onu deyəcəm. Pul "yeyirəm”sə bunu bildirəcəm. Səmimi, düzgün cavab verməyə çalışaram”.

 

Sport7.az

Xəbər lenti