"Atalanata"nın qapıçısı da koronavirusa yoluxdu

İtaliya təmsilçisi "Atalanta"nın qapıçısı Marko Sportyello koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Məlumata görə 27 yaşlı qolkiperin testi müsbət nəticə verib. Əlcək sahibinin simptomları təhlükə yaratmasa da hazırda Sportyello və onun komanda yoldaşlarının karantində olduqları bildirili. Təcridolunma prosesi martın 27-dək davam edəcək.

Daha əvvəl İtaliyada 17 futbolçunun koronavirusa yoluxma halı qeydə alınmışdı. Buna qədər klubun iki əməkdaşı skaut Enzo Marando və gənclər komandasının masajçısı Endo Donin koronavirus pandemiyasının qurbanı olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR