“Atalanta” İtaliyada yeni rekord müəyyənləşdirdi

“Atalanta” İtaliyada yeni rekord müəyyənləşdirdi

İtaliya A seriyasının sonuncu turunda "Atalanta” "Udineze”ni 3:2 hesabıyla məğlub edib.

Sport7.az xəbər verir ki, bu qolların sayəsində Berqama təmsilçisi yeni rekordun sahibi olub. Belə ki, "Atalanta” mövsümün 28 turu ərzində 80 qol həddini keçib.

Bu göstərici son 61 ildə ilk dəfə qeydə alınır. 1958/59-cu il mövsümündə "Fiorentina” 28 turda 86 dəfə fərqlənmişdi.

Eyni zamanda "Atalanta” klub rekordunu da yeniləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR