"Atletik" sabiq futbolçusunu qaytarmaq istəyir

"Atletik" sabiq futbolçusu Xavi Martinezi transfer etmək istəyir.
 
Sport7.az xəbər verir ki, Bilbao təmsilçisi hazırda "Bavariya"nın formasını geyən ispan futbolçu üçün 4,5 milyon avro ödəməyə hazırdı. Təcrübəli yarımmüdafiəçini "Xetafe" də öz heyətində görmək istəyir.
 
Martinez 2006-2012-ci illərdə də "Atletik"in formasını geyib. Yarımmüdafiəçi 2012-ci ildə 40 milyon avro müqabilində "Bavariya"ya transfer olunmuşdu. O, alman klubunun heyətində meydana çıxdığı 143 matçda 9 qola imza atıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR