"Atletiko" futbolçusuna görə CAS-a müraciət etdi

"Atletiko" Kiran Tripyerin 10 oyunluq diskvalifikasiya cəzasının təxirə salınması üçün növbəti dəfə apellyasiya şikayəti verib.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisi bu dəfə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. 31 yaşlı müdafiəçi 2019-cu ildə dostlarına İngiltərə "Tottenhem"indən "Atletiko"ya keçəcəyi ilə bağlı mərc etməyi məsləhət gördüyü üçün cəzalandırılıb. Klub məsələ ilə bağlı FIFA-ya şikayət etsə də, qitə futbol qurumu oyunçunu bağışlamayıb.

CAS "Atletiko"nun şikayətini təmin etməsə, Tripyer bundan sonra daha 9 oyunu buraxmalı olacaq.

Tripyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR